Перейти к содержимому

Текст песни H.O.S.T, Qaraqan, PRoMete, AiD, Ayka — Azad Azərbaycan

Исполнитель: H.O.S.T, Qaraqan, PRoMete, AiD, Ayka Обновлено:

Təsəvvür elə ki, sən doğulmusan Əfqanıstanda,
Ölüb yaxınların, sən də şikəst tək ayaqla..
Təsəvvür elə ki, sən doğulmusan Çeçenistanda,
Məktəb sinifləri, tüstü, bomba, güllə altında..
Şimali Koreyada, həm də təksən,
Həyatın qəfəslərdə, doğmalar torpaqda..
Düşün ki, Afrikada, tanınmayan bir ölkədə,
Ölümcül xəstəliklər, humanitar yardımlar..
Ya da ki, İranda, məcburi qara çadra,
Asılmaq, kəsilmək, əzilmək, şallaq, molla..
Təsəvvür elə ki, sən doğulmusan Ermənistanda,
Oyuncaq vətəndaşsan, yalan və yaltaqlıqla..
Ya da ki, Gürcüstanda, yox nə suyun, nə qazın,
Sən hər bir nəfəsinlə, qonşu dövlətlərdən asılı..
Ya da ki, doğulmusan sən kasıb Pakistanda,
Düşmənin kiçik Erməni yox, böyük Hindistandı..

Dəyişir insanlar, dəyişir zaman,
Amma hər an ürəyimdə Azərbaycan..
Mənim kiçik ölkəm, mənim böyük ailəm,
Mənim Vətənim, Azərbaycan..
Doğulur günəşi torpağından,
Güc alır budağı yarpağından,
Yox gözəl üçrəngli bayrağından,
Gözəlim, gözəlim, Azərbaycan..

Təsəvvür elə ki, sən doğulmusan Fransada,
Tələbələr yandırır sənin BMW’vi..
Ya da ki, New Yorkda, göydələnin başında,
11 Sentyabr, sənin pəncərənə təyyarə gəlir..
Sən yaşaya bilərdin Fidel’lə Kubada,
Amma ki, ölkədən çıxmaq orda qadağandı..
İspaniyada öküzlər, Çikaqo qasırğalar,
Yaponiya zəlzələ, Tibetdə yenə dumandı..
Bəlkə sən istiyərdin yaşayasan Rusiyada,
Ölkənin çox hissəsi sərxoş və narkomandı..
Ya da Braziliyada, dağılmış bir ailədə,
Bilmirsən uşağın kim, ya da ki, hansınnandı..
Bu nə qərib zamandı, hər yer müharibələr,
Böyüklər pul qazanır, qan ağlayır körpələr..
Hər yerdə əxlaqsızlıq, cinayətlər kölgədə,
Amma ki, qorxmuram mən, hələ ki, öz ölkəmdə..

Dəyişir insanlar, dəyişir zaman,
Amma hər an ürəyimdə Azərbaycan..
Mənim kiçik ölkəm, mənim böyük ailəm,
Mənim Vətənim, Azərbaycan..
Doğulur günəşi torpağından,
Güc alır budağı yarpağından,
Yox gözəl üçrəngli bayrağından,
Gözəlim, gözəlim, Azərbaycan..

İndi şükr elə ki, doğulmusan Azərbaycanda,
Var evin, var çörəyin, var ailən, var köməyin..
Hər şey səndən asılıdır, axtarma günahkarlar..
Dön geri, bax həyatına, gözlərin kor deyil axı,
İnkişafdadı ölkəmiz, amma cəmiyyət hələ də taxta..

Текст добавил: Андрей Курышев

Краткое описание

Песня «Azad Azərbaycan» рассказывает о различных странах и ситуациях, в которых главный герой мог бы быть рожден. В тексте упоминаются такие страны, как Афганистан, Чечня, Корея, Африка, Иран, Армения, Грузия, Пакистан, Франция, Нью-Йорк, Куба, Испания, Чикаго, Япония, Тибет, Россия и Бразилия. Каждая строфа описывает трудности и проблемы, с которыми стлкиваются люди в этих странах. Несмотря на все это, главный герой песни гордится своей родиной — Азербайджаном. В песне подчеркивается, что хотя время и люди меняются, в сердце главного героя всегда присутствует любовь к своей маленькой родине и большой семье. Песня призывает задуматься о жизни и ценности родной страны в современном мире, где везде войны, безнравственност и преступления. Она также вдохновляет на позитивные перемены и восхищение красотой и гордостью за Азербайджан.

Похожие песни